![]() |
![]() |
![]() |
![]() |
|---|
Azərbaycan Hava Yolları (AZAL) mobil tətbiqi ecazkar səyahətlərə yol açır. Rahat, etibarlı, əlverişli uçuşlardan həzz almaq və mehriban bələdçilərimizin yüksək xidmətindən istifadə etmək üçün aviabileti bizdən əldə edə bilərsiniz.
Üstünlüklər:
• Əvvəlcədən yemək seçimi – Yemək menyunuzu uçuşdan əvvəldən təyin edin.
• İlkin qeydiyyat – Vaxtınıza qənaət edin və hava limanına gəlməmiş qeydiyyatdan keçin. Sadəcə QR kodunuzu təqdim edin və biletlərinizi əldə edin.
• Rezervasiyanızı idarə edin – Mövcud biletinizdə dəyişikliklər edin, əlavə baqaj alın və istədiyiniz oturacağı seçin.
• Uçuş statusu və cədvəli – Gediş və gəliş vaxtları daxil olmaqla, uçuşunuzun statusunu haqqında real vaxt rejimində izləyin.
• AZAL Miles – AZAL Miles hesabınıza daxil olun, ballarınızı izləyin və tez-tez uçuş proqramının üstünlükləri haqqında məlumat əldə edin.
• Çoxdilli dəstək – Mobil tətbiq Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.
• Çağrı mərkəzi – Mobil tətbiq vasitəsilə Azərbaycan Hava Yollarının müştəri xidməti ilə asanlıqla əlaqə saxlayın
Aviabilet almaq üçün asan yol:
1. Aviabileti axtarın və bron edin – 50-dən çox istiqamət üçün bilet seçin, tariflərə baxın və bron edin. Aviabilet qiymələrini nəzərdən keçirin.
2. Rezervasiyanızı idarə edin – Bron etdiyiniz aviabileti asanlıqla dəyişin, artıq baqaj alın və rahat oturacaq seçin.
3. Uçuş qeydiyyatı – Onlayn qeydiyyat uçuşdan 48 saat əvvəl açılır. Proses iki dəqiqədən çox çəkmir.
4. Uçuşun vəziyyəti və cədvəli – Uçuş nömrəsi, gediş və ya gəliş haqqında son məlumatı asanlıqla əldə edin.
5. Daşınma qaydaları – Mobil tətbiqinlə baqaj qaydaları haqqında son məlumatları sürətlə əldə edin.
6. Bizimlə əlaqə saxlayın – Mobil tətbiq vasitəsilə 24 saatlıq dəstək xidmətimizlə əlaqə qurun və ya ən yaxın nümayəndəlikləri tapın.
Mobil tətbiqi yükləyin, bir kliklə aviabiletinizi bron edin və AZAL ilə rahat səyahətdən həzz alın!





